Gəncə. Azər Məmmədli – APA. Gəncədə yaşayış evinin yaxınlığında partlayış baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Rahib Məmmədov küçəsi, 26 ünvanında Bəhruz Hüseynova məxsus yaşayış evinin yaxınlığında qeydə alınıb.
Aprelin 10-da saat 04.00 radələrində baş verən partlayış nəticəsində mənzilin pəncərəsinin şüşələri qırılıb. Hələlik səbəbi məlum olmayan partlayış zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.