Bayram Məmmədov barəsində hökmdən apellyasiya şikayəti verilib

 Bayram Məmmədov barəsində hökmdən apellyasiya şikayəti verilib
# 22 dekabr 2016 10:46 (UTC +04:00)

"Nida" Vətəndaş Hərəkatının həbsdə olan üzvü Bayram Məmmədovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, şikayətdə ona bəraət verilməsi istənilib. Apellyasiya şikayəti üzrə məhkəmə yaxın günlərdə başlayacaq.

Qeyd edək ki, B. Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsi ilə ittiham olunur. O, ittihamları qəbul etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR