Deputat Heydər Əliyevin səsinin telefon zənginə qoyulmasına və imzasının maşınların şüşəsinə vurulmasına etiraz edib

Deputat Heydər Əliyevin səsinin telefon zənginə qoyulmasına və imzasının maşınların şüşəsinə vurulmasına etiraz edib
# 14 oktyabr 2016 10:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Son vaxtlar dövlət himni və müəyyən ifadələrin müəyyən məbləğ müqabilində mobil telefonlara yüklənməsinin təklif edilməsi barədə mesajlar gəlir və bu, narahatlıq doğurur”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Elmira Axundova deyib.

E. Axundova bəzi avtomobillərin arxa şüşələrinə Heydər Əlyievin imzasının həkk edildiyini söyləyib, bu kimi hallara son qoyulması üçün addımlar atılmasını istəyib: "Mənim Heydər Əliyevə həmişə böyük hörmətim olub. Ancaq onun səsinin nə telefon zənginə qoyulmasını, nə də imzasının maşının arxa şüşəsinə vurulmasını düzgün sayıram. Heydər Əliyevə sevgi ürəkdə olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR