Almaniyadakı seçkilərin nəticələri avronu ucuzlaşdırır

Almaniyadakı seçkilərin nəticələri avronu ucuzlaşdırır
# 25 sentyabr 2017 09:04 (UTC +04:00)

Almaniyada keçirilən seçkilərin nəticələri açıqlandıqdan sonra avro təzyiqlə üzləşib.

"APA-Economics" xəbər verir ki, Almaniya Bundestaqına (parlament - red.) ultrasağçıların keçməsi kansler Angela Merkel üçün yeni hakim koalisiyanın formalaşdırılmasında çətinliklər yarada bilər.

Artıq birjalar buna reaksiya verib. Belə ki, Avrozonanın vahid valyutasının məzənnəsi 0,2% ucuzlaşaraq 1,1933 dollara enib.

Angela Merkelin bloku 1949-cu ildən etibarən seçkilərdə ən pis göstəricini əldə edib. Onların koalisiya üzrə tərəfdaşları sosial-demokratlar isə müxalifətə keçdiyini bəyan ediblər. İlkin hesablamalara əsasən, sosial-demokratlar səslərin 20,7%-ni toplaya bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR