Dövlət Komitəsinin şöbə müdiri: “Bu ilin I rübündə qadınlara qarşı 567 cinayət törədilib"

Dövlət Komitəsinin şöbə müdiri: “Bu ilin I rübündə qadınlara qarşı 567 cinayət törədilib"
# 10 iyun 2015 10:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “2014-cü ildə qadınlara qarşı 2114 törədilən cinayət törədilib. 2015-ci ilin I rübündə bu rəqəm 567 olub. Əvvəlki illərlə müqayisədə qadınlara qarşı törədilmiş ümumi cinayətlərin sayında bir qədər artım müşahidə olunur. Burada ailə münaqişəsi, habelə cəmiyyətdə, iş yerində qadınlara qarşı zorakılıqdan söhbət gedir”.

Bunu APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. E. Səfərov bildirib ki, 2014-cü ildə qısqanclıq, ailə münaqişəsi zəminində qadınlara qarşı törədilmiş cinayətlərin sayı 782 fakt təşkil edib: “2015-ci ilin birinci üç ayı ərzində bu rəqəm 167-dir. Əvvəlki illərlə müqayisədə burada fərq o qədər də böyük deyil”.

Şöbə müdirinin sözlərinə görə, 2014-cü ildə məhkəmələrdə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna 8 fakt üzrə istinad edilib: “2015-ci ilin 5 ayı ərzində isə iki işdə bu qanuna istinad olunub”.

E. Səfərov qeyd edib ki, 2014-cü ildə BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” beynəlxalq konvensiyasında 2014-cü ildə ölkə məhkəmələrində 3, 2015-ci ilin 5 ayı ərzində isə 1 iş üzrə istinad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR