"Ziraat Bankı" Azərbaycandakı fəaliyyətini genişləndirəcək

"Ziraat Bankı" Azərbaycandakı fəaliyyətini genişləndirəcək
# 27 noyabr 2017 12:56 (UTC +04:00)

İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin sədri Avni Demirci ilə görüşüb.


İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə iqtisadi əlaqələri, əməkdaşlığın daha da genişləndirilməsi istiqamətləri müzakirə olunub.

Görüşdə Türkiyənin "Ziraat Bank"a dair təqdimat keçirilib və bankın Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR