Avqust ayında Hesab.az portalının Hədiyyələr Hərracı aksiyasında yeni hədiyyələr olacaq - FOTO

Avqust ayında Hesab.az portalının Hədiyyələr Hərracı aksiyasında yeni hədiyyələr olacaq  - <span style="color: red;">FOTO
# 30 iyul 2015 08:10 (UTC +04:00)

Bakı. APA-Economics. Avqust ayında Hesab.az portalının təqdim etdiyi hədiyyələrin hərracında iştirak etməklə bir-birindən maraqlı hədiyyələrin sahibi olmaq imkanı yaradılıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Hesab.az-da ödənişlər etməklə qazanılan bonuslar vasitəsi ilə Hədiyyələrin Hərracında iştirak etmək mümkündür. Avqust ayında hədiyyələr sırasında tozsoran, toster, blender, rəqəmsal fotokamera, printer, Uber hədiyyə kartları və sığortalı Greencard müraciətinə 25%-lik endirim kartları var.

“Hədiyyələrin hərracında iştirak etmək üçün Hesab.az portalındakı "Şəxsi Kabinet"inizdə yerləşən "Hədiyyələrin siyahısı" düyməsinə daxil olub, reytinqinizə uyğun hədiyyələrin siyahısını görəcəksiniz. Hər hansı bir hədiyyənin altında yazılan "İştirak etmək" düyməsini klikləyin. Bu zaman açılan pəncərədə siz, həmin hədiyyə üçün ən son edilmiş təklifi görəcəksiniz. Əgər bonusunuz kifayət edirsə, daha çox bonus təklif edirsiniz”, -deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, hərraca daxil olan zaman giriş bonusu birdəfəlik tutulur. Əgər sizin təklifinizdən daha yüksək təklif olarsa, hədiyyə üçün təklif etdiyiniz bonuslar geri qaytarılacaq. 24 saat ərzində sizdən daha çox bonus təklif edən olmazsa, həmin hədiyyənin sahibi olursunuz.

Eyni zamanda, qazandığınız bonuslarla hərraclarda iştirak etməklə yanaşı, həm də danışıq dəqiqələrinə dəyişə bilərsiniz. Bunun üçün Hesab.az portalındakı şəxsi kabinetinizə daxil olub, bonuslarının sayının qeyd olunduğu hissədə yaradılmış keçidə giriş edərək, bonuslarınızı “Bakcell” danışıq dəqiqələrinə dəyişə bilərsiniz.

“Bakcell” abunçiləri üçün 2000 bonus 1 danışıq dəqiqəsinə dəyişilir və dəqiqələr 3 gün ərzində istifadə edilməlidir. Qeyd etdiyimiz qayda şəbəkədaxili zənglərə aiddir. Eyni zamanda yalnız CİN abunəçiləri üçün nəzərdə tutulan bu xidmətdən tezliklə fakturalı xətt abunəçiləri də yararlana biləcəklər.

Qeyd edək ki, 180 min istifadəçisi olan Hesab.az, “GoldenPay” şirkətinə məxsus 70-dən çox təşkilata bank kartları vasitəsi ilə ödənişləri təqdim edən bir portaldır. Burada mobil və stasionar telefon operatorlarına, internet provayderlərə, televiziya, kommunal təşkilatlara, lizinq və banklara kreditlərinin ödənişini etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatrlara bilet belə almaq mümkündür. İstifadəçilərə “Şəxsi kabinet” yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 10 mln. manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın iOS, Android və Windows platformalarında tətbiqləri də mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR