Zaqatalada iki gün əvvəl yol qəzasına düşən şəxs xəstəxanada ölüb

Zaqatalada iki gün əvvəl yol qəzasına düşən şəxs xəstəxanada ölüb
# 11 avqust 2017 08:21 (UTC +04:00)

Zaqatala rayonunda iki gün əvvəl yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 30 yaşlı Ramiz Rasim oğlu Muradov ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, avqustun 9-u axşam saatlarında rayonun Bəhmətli kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Qəhrəman oğlu Hacıkərimovun idarə etdiyi “VAZ 2106” markalı, 62 BH 625 dövlət nömrə nişanlı avtomobil idarəetmənin itirməsi səbəbindən yol kənarında olan kanala aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin Ramiz Muradov ağır vəziyyətdə Zaqatala MRX-a yerləşdirilmişdi.

Faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR