Saatlıda “Mercedes” aşıb, sürücü ölüb, 3 nəfər xəsarət alıb

Saatlıda “Mercedes” aşıb, sürücü ölüb, 3 nəfər xəsarət alıb
# 10 sentyabr 2017 16:23 (UTC +04:00)

Saatlı rayonunun Əlisoltanlı kəndi ərazisində “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü Hüseynov Zabit Eldar oğlu hadisə yerində həyatını itirib.

Qəza nəticəsində xəsarət alan 3 sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR