Bakıda oğurluğa cəhd göstərən iki nəfər tutulub

Bakıda oğurluğa cəhd göstərən iki nəfər tutulub
# 17 mart 2015 10:03 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda oğurluğa cəhd göstərən şəxslər saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 16-da saat 04 radələrində Yasamal rayonunun Zahid Xəlilov küçəsində Bakı şəhər sakini Seyfəddin Əliyevə məxsus mağazadan oğurluğa cəhd göstərən Lənkəran rayon sakini Cavid Nəsirov və Kəngərli rayon sakini Nihad Qədimov Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 29-cu Polis Bölməsinə təhvil veriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR