İqtisadiyyat üzrə Nobelin sahibi məlum olub

İqtisadiyyat üzrə Nobelin sahibi məlum olub
# 09 oktyabr 2017 11:56 (UTC +04:00)

2017-ci il iqtisadiyyat üzrə Nobel mükafatının sahibi açıqlanıb.

APA-nın məlumatına görə, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata ABŞ-ın Çikaqo Universitetinin alimi Riçard Taler layiq görülüb. “Davranış iqtisadiyyatının əsasları" kitabının müəllifi olan R. Taler bu sahədəki araşdırmalarına görə Nobel mükfatına layiq görülüb.

1901-ci ildən təqdim olunan iqtisadiyyat üzrə Nobel mükafatı ötən il ABŞ-ın Harvard Universitetinin professoru Oliver Harta və Massaçusets Ttexnoloji İnstitutunun professoru Benqt Holmstremə verilmişdi.

Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR