Azərbaycan prezidenti: “Bu ilin birinci rübü uğurlu olub”

Azərbaycan prezidenti: “Bu ilin birinci rübü uğurlu olub”
# 09 aprel 2018 15:09 (UTC +04:00)

“Bu ilin birinci rübü də uğurlu olub. Əminəm ki, ilin sonuna qədər müsbət dinamika saxlanacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Azərbaycanın bu dövrdə VI Qlobal Bakı Forumuna, Qoşulma Hərəkatı xarici işlər nazirləri konfransına uğurla ev sahibliyi etdiyini bildirən dövlət başçısı deyib ki, bu dövrdə ölkəmizə 7 dövlət və hökumət başçısı səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR