Böyük Britaniyada parlament buraxılıb

Böyük Britaniyada parlament buraxılıb
# 03 may 2017 08:39 (UTC +04:00)

Növbədənkənar seçki öncəsi Böyük Britaniyada parlament buraxılıb.

APA-nın xəbərinə görə, bu barədə parlamentin saytında məlumat verilib. Ölkə qanunvericiliyinə əsasən parlament səsvermə gününə kimi 25 iş günü ərzində buraxılmalıdır. “Səsvermə proseduru iyunun 8-nə təyin olunub və müvafiq olaraq parlament bu gecə buraxılır”,- deyə məlumatda deyilir.

Bu gün Böyük Britaniyanın baş naziri Tereza Mey parlamentin buraxılması barədə rəsmi şəkildə kraliça II Elizavetanı məlumatlandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR