Bağdad kürd muxtariyyəti ilə hava əlaqəsinin dayandırılacağını bəyan edib

Bağdad kürd muxtariyyəti ilə hava əlaqəsinin dayandırılacağını bəyan edib
# 26 sentyabr 2017 19:31 (UTC +04:00)

İraq hökuməti kürd muxtariyyətindən üç gün ərzində bölgədəki hava limanları üzərində nəzarəti rəsmi Bağdada verməyəcəyi təqdirdə, regionla hava əlaqəsinə qadağa qoyacağını bəyan edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın Nazirlər Kabinetinin bəyanatında deyilir.

Qeyd edək ki, bundan əvvəl İraqın Nazirlər Kabineti muxtariyyət rəhbərliyindən bölgədəki sərhəd-buraxılış məntəqələri üzərində nəzarəti rəsmi Bağdada verməyi, xarici ölkələrdən isə muxtar bölgə ilə neft sahəsində əməkdaşlığa son qoymağı tələb edib.

Xatırladaq ki, ötən gün İraqın şimalındakı kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Səsvermənin nəticələri sabah elan ediləcək.

İraq hökuməti referendumu qeyri-legitim elan edib. Referenduma qarşı həmçinin Türkiyə, İran, ABŞ və BMT çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR