Banqladeş səfiri: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”

Banqladeş səfiri: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”
# 17 yanvar 2017 14:10 (UTC +04:00)

“Bu il Azərbaycanla Banqladeşin XİN-i arasında ilk siyasi məsləhətləşmələr keçiriləcək”.

APA-nın məlumatına görə, bunu Banqladeşin Azərbaycandakı səfiri Allama Siddiki bildirib. “Hökumətlər bir araya gəlməsə, iki xalqı bir-birinə yaxınlaşdırmaq çətin olacaq. Xırda və orta sahibkarlar, maliyyə institutları bir yerdə işləsələr, bir-birimizdən çox şey öyrənə bilərik”, - deyə o, söyləyib.

Səfir deyib ki, Azərbaycan və Banqladeş istər BMT, istərsə də İƏT çərçivəsində dost ölkələrdir və bir-birini dəstəkləyir. O, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bölüşdüklərini vurğulayıb: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Dünya ictimaiyyətinin münaqişə ilə bağlı tanıdığı faktları və rəqəmləri biz də bölüşürük. Biz münaqişənin sülh yolu ilə nizamlanmasını və insanların əziyyətlərinə son qoyulmasını istəyirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR