Ağdaşda 4 otaqlı ev yanıb

Ağdaşda 4 otaqlı ev yanıb
# 23 fevral 2017 00:22 (UTC +04:00)

Ağdaşda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdaş rayonunda ümumi sahəsi 126 m2 olan birmərtəbəli, 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 49 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR