Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 İyul - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 İyul - <span style="color: red;">VİDEO
# 24 iyul 2015 17:12 (UTC +04:00)

Türkiyə ölkəni qarışdırmağa başlayan İŞİD-ə qarşı hərəkətə keçdi. Ankara son vaxtlara qədər bu təhlükəni o qədər də ciddiyə almırdı, hətta ilkin dövrlərdə radikalların ölkə sərhədlərindən keçərək Əsəd rejiminə qarşı vuruşmaq üçün Suriyaya getməsinə göz yumurdu, ən azı belə halların qarşısını almaq ciddi fəaliyyət göstərmirdi. Çünki Bəşər Əsədin nəyin bahasına olursa-olsun, devrilməsi indiki Türkiyə hakimiyyəti üçün əsas prioritet idi. Lakin zaman keçdikcə İŞİD Türkiyənin təhlükəsizliyini və milli maraqlarını təhdid edəcək səviyyəyə gəldi...

İyulun 20-də Şanlıurfada baş verən qanlı terror vəziyyətin getdikcə pisləşməyə başladığını və İŞİD-in Türkiyənin daxili sabitliyini də pozacaq qədər ciddiləşdiyini göstərdi. Bu səbəblə Ankara ABŞ-ın İŞİD-ə qarşı birgə mübarizəyə dair daha əvvəl irəli sürdüyü təklifləri qəbul etməyə razılıq verdi və Barak Obama ilə Türkiyə prezidenti arasında telefon danışığı oldu. İŞİD-in buna cavab olaraq iyulun 23-də sərhəddə türk əsgərlərinə hücum edərək, 1 əsgəri qətlə yetirməsi və Türkiyə ordusunu əvvəlcə tanklardan, daha sonra isə hərbi aviasiyadan istifadə etməklə terror qruplaşmasının mövqelərini bombalaması artıq Türkiyə ilə İŞİD arasında müharibənin başlaması mənasına gəlir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR