Gürcüstanın xarici ölkələrdə kommersiya attaşeləri olacaq

Gürcüstanın xarici ölkələrdə kommersiya attaşeləri olacaq
# 17 yanvar 2018 12:18 (UTC +04:00)

“2018-ci ilin ikinci yarısından etibarən Gürcüstanın xarici ölkələrdəki səfirliklərinə kommersiya attaşeləri təyin olunacaq”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze deyib. O bildirib ki, attaşelər İqtisadiyyat Nazirliyinin nümayəndələri olacaq: “İqtisadi diplomatiya bizim əsas prioritetlərimizdən biridir. Məqsədimiz mövcud tərəfdaşlarla ticari-iqtisadi əlaqələri dərinləşdirmək və yeni iqtisadi tərəfdaşlar tapmaqdır”.


M. Canelidze qeyd edib ki, Gürcüstan üçün bu istiqamətdə əsas diqqət Cənub-Şərqi Asiya ölkələrinə ayrılacaq: “Bizim məqsədimiz yeni və inkişaf etməkdə olan bazarlarla geniş əlaqələr yaratmaq və investisiyalar, yeni texnologiyalar, ticarət, turizm və digər sahələr üzrə əməkdaşlıq üçün yeni imkanlar yaratmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR