Əflatun Amaşov: "Hər bir vətəndaş üçün Prezidentinin onu qiymətləndirməsindən gözəl yaşantı və qürur ola bilməz"

Əflatun Amaşov: "Hər bir vətəndaş üçün Prezidentinin onu qiymətləndirməsindən gözəl yaşantı və qürur ola bilməz"
# 19 iyul 2017 16:24 (UTC +04:00)

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov jurnalistlərin evlə təmin olunması ilə bağlı prezident İlham Əliyevə minnətdarlıq edib.

APA-nın məlumatına görə, Ə. Amaşov jurnalistlərimiz dövlət başçısının sayənizdə zəhmətlərinin müstəsna bəhrəsini gördüklərini bildirib.

"Cənab Prezident, yüzlərlə jurnalist ailəsinə mənzil sevinci bəxş etdiyiniz üçün Sizə media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildiririk.

Hər bir vətəndaş üçün Prezidentinin onu qiymətləndirməsindən gözəl yaşantı və qürur ola bilməz. Jurnalistlərimiz Sizin sayənizdə zəhmətlərinin müstəsna bəhrəsini görürlər. Media təmsilçilərimizə bu misilsiz hissi yaşatdığınıza görə minnətdarıq", - deyə Ə. Amaşov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR