Sumqayıtda sərnişin avtobus sürücüsünü bıçaqlayıb

Sumqayıtda sərnişin avtobus sürücüsünü bıçaqlayıb
# 20 oktyabr 2015 11:38 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda marşrut avtobusunun sürücüsü döyülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 19-da Sumqayıt şəhərində Namiq Yağnəliyevin 9 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobus Sülh küçəsində hərəkətdə olarkən sərnişini, şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Qasımov tərəfindən münaqişə zəminində döyülüb. Sərnişin sürücünü bıçaqlayaraq onun çanaq sümüyünü sındırıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qasımov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR