Opera və Balet Teatrında "Qıpçaq rəqsləri” baleti səhnəyə qoyulacaq

Opera və Balet Teatrında "Qıpçaq rəqsləri” baleti səhnəyə qoyulacaq
# 30 mart 2016 10:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Rusiyalı quruluşçu baletmeyster və pedaqoq Aleksandra Tixomirova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyinin dəvəti ilə Bakıda ustad dərsləri keçirəcək və A.P.Borodinin “Qıpçaq rəqsləri” adlı baletini səhnəyə qoyacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ustad dərsləri Bakı Xareoqrafiya Akademiyasında keçiriləcək. A.Tixomirova N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının Xoreoqrafiya fakültəsini bitirib, Mariinski adına Dövlət Opera və Balet Teatrının balet truppasında çalışıb. Balet artisti kimi fəaliyyətini başa vurduqdan sonra müxtəlif teatrlarda baletmeyster və repetitor kimi fəaliyyət göstərir. Hazırda Belorus Akademik Böyük Opera və Balet Teatrının quruluşçu baletmeysteri və Sankt-Peterburq Dövlət Teatr sənəti Akademiyasının müəllimidir.

1997-2012-ci illərdə Rusiya, Estoniya, Finlyandiya və Belarusda 60-dan artıq tamaşaya quruluş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR