Bakıda 64 yaşlı qadını maşın vuraraq öldürüb

Bakıda 64 yaşlı qadını maşın vuraraq öldürüb
# 16 sentyabr 2016 10:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Bakı şəhər sakini Ceyhun Rüstəmov idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən 64 yaşlı Humay Əhmədovanı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR