ABŞ Ukraynaya 50 milyon dollar ayıracaq

ABŞ Ukraynaya 50 milyon dollar ayıracaq
# 14 aprel 2016 02:04 (UTC +04:00)

Bakı-APA. ABŞ hökuməti Ukraynanın Milli Qvardiyası və Dövlət Sərhəd Xidmətinə yardım məqsədi ilə 50 milyon dollar ayıracaq.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ müdafiə nazirinin köməkçisi Maykl Karpenter Ukrayna daxili işlər nazirinin müavini Sergey Yarovoy ilə görüşü zamanı bəyan edib.

“Ayrılan vəsait müvafiq avadanlıqların alınması və idarəetmə sistemində islahatların keçirilməsinə yönəlib. ABŞ gələcəkdə də Ukraynaya hərtərəfli yardım göstərməkdə davam edəcək”, deyə M.Karpenter bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR