Qəbələdə avtomobil qadını vuraraq öldürüb

Qəbələdə avtomobil qadını vuraraq öldürüb
# 10 oktyabr 2016 09:39 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Pirəli kəndində qeydə alınıb. Rayonun Bayramkoxalı kənd sakini, Qəbələ rayonu Baytarlıq İdarəsinin baytar həkimi, 1955-ci il təvəllüdlü İsayev Şəmsəddin Əlfəddin oğlu idarə etdiyi 04-BB-355 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Pirəli kənd sakini 1960-cı il təvəllüdlü Eyvazova Maya Sərdar qızını vurub. Maya Eyvazova aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR