Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib

 Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib
# 30 avqust 2016 16:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 91 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 8 investor tərəfindən 15 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 33 mln. 714 min 500 manat təşkil edib.

Sifarişlər 96.3512 manat (15.4003%) və 97.9200 manat (8.6383%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 97.6234 manat (9.9001%) orta ölçülmüş qiyməti 97.7580 manat (9.3265%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 31.08.2016 (t+1) tarixində həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 29.11.2016-cı ildir.

İstiqrazların tədavül müddəti – 91 gündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR