Gürcüstandan Azərbaycana ixrac ikiqat azalıb

Gürcüstandan Azərbaycana ixrac ikiqat azalıb
# 20 oktyabr 2016 12:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 415 mln. 134,7 min dollar təşkil edib. "APA-Economics" Gürcüstan Statistika Xidmətinə istinadən xəbər verir ki, bu, Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində 4,6% təşkil edir.


Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstandan Azərbaycana 93 mln. 974,4 min dollar məbləğində məhsul ixrac edilib. Bu, ötən ilin doqquz ayı ilə müqayisədə 105 690 mln. dollar və ya 2,12 dəfə azdır. Bu rəqəm Gürcüstanın ümumi xarici ticarətində ixracın 6,2%-ni təşkil edir.

Bu müddət ərzində Azərbaycandan Gürcüstana 321 mln. 160,3 min dollar dəyərində məhsul ixrac edilib. Bu rəqəm isə Gürcüstanın ümumi idxalının 4,2%-ni təşkil edir. Ötən 2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə isə bu rəqəm 67 mln. 769,8 min dollar və ya 17,4% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR