Bakıda ata qızını xüsusi amansızlıqla öldürüb

Bakıda ata qızını xüsusi amansızlıqla öldürüb
# 24 iyul 2018 08:47 (UTC +04:00)

Bakıda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Tbilisi prospekti 31/66 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1961-ci il təvəllüdlü İlqar Paşa oğlu Qurbanov aralarında yaranmış mübahisə zəminində qızı, 1991-ci il təvəllüdlü Aysel Məmmədliyə bıçaqla çoxsaylı xəsarətlər yetirib. Nəticədə A. Məmmədli aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR