Xarkovda Türkiyə konsulluğuna məxsus avtomobil yanıb

Xarkovda Türkiyə konsulluğuna məxsus avtomobil yanıb
# 21 aprel 2015 13:50 (UTC +04:00)

Bakı – APA. Ukraynanın Xarkov şəhərində Türkiyə konsulluğuna məxsus avtomobil yanıb.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, faktla “əmlakın qəsdən zədələmə” maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Lexus LS 460 markalı avtomobil aprelin 20-də yanıb.

Hadisə zamanı ölən və yaralanan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR