“PAŞA Həyat Sığorta” könüllü həyat sığortası üzrə 50 min manatlıq ödəniş edib

“PAŞA Həyat Sığorta” könüllü həyat sığortası üzrə 50 min manatlıq ödəniş edib
# 09 sentyabr 2014 08:13 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “PAŞA Həyat Sığorta” şirkəti könüllü həyat sığortası üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, həyat sığortasının “Sağalmaz xəstəliklər” növü üzrə “PAŞA Həyat Sığorta”da sığortalanmış müştəridə sığorta olunduğu müddətdə aparılmış tibbi ekspertizanın nəticələri əsasında ağır xəstəlik müəyyən olunub.

Müvafiq sığorta qaydalarına uyğun olaraq, zərərçəkmiş şəxsə xəstəliyinin müalicəsi üçün şirkət tərəfindən 50 min manat həcmində birdəfəlik sığorta ödənişi verilib.

“PAŞA Holding” Şirkətlər Qrupunun üzvü olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR