Komissiya: Bu ilin ilk yarısında narkotiklərlə bağlı 1697 fakt aşkarlanıb

Komissiya: Bu ilin ilk yarısında narkotiklərlə bağlı 1697 fakt aşkarlanıb
# 18 iyul 2017 09:36 (UTC +04:00)

Bu ilin 6 ayında narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1697 fakt aşkarlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya bildirilib ki, həmin faktlardan 470-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1094-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 103-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30 fakt isə digərləri olub. Bu faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 730 kq 723,566 qr müxtəlif növ narkotik vasitə müsadirə edilib.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 428 kq 564,736 qr marixuana (58,6%), 117 kq 174,74 qr tiryək (16%), 146 kq 486,19 qr heroin (20,1%), 2 kq 480,2 qr həşiş (0,4%), 35 kq 134,7 qr digərləri (4,8%), 883 qr psixotrop maddələr (0,1%) və 1545 ədəd həb təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR