Avropa Birliyi Ukraynaya qarşı sanksiyalar tətbiq edə bilər

Avropa Birliyi Ukraynaya qarşı sanksiyalar tətbiq edə bilər
# 22 yanvar 2014 13:42 (UTC +04:00)

APA – nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Avropa Komissiyasının sədri Joze Manuel Barrozu çıxış edib.

J. Barrozu qeyd edib ki, Kiyevdə müxalifətlə polis arasında baş verən toqquşmalar Brüssel-Kiyev münasibətlərinə təsir göstərə bilər.

“Biz Ukraynada baş verənlərdən narahatlıq keçiririk. Ölkədəki vəziyyəti diqqətlə izləyəcəyik. Həmçinin Avropa Birliyi tərəfindən mümkün tədbirləri nəzərdən keçirəcəyik”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR