JTI şirkəti Azərbaycan gömrükçüləri üçün təlim keçirib - FOTO

JTI şirkəti Azərbaycan gömrükçüləri üçün təlim keçirib - <span style="color: red;">FOTO
# 19 fevral 2014 12:48 (UTC +04:00)

Tədbirdə DGK-nin Aparatı və ərazi idarələrində xidmət göstərən 25 gömrük əməkdaşı iştirak ediblər. Seminarı JTI şirkətinin Almaniya və İsveçrədən olan ekspertləri aparıb.

«APA-Economics»in məlumatına görə, seminarda DGK-nin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradlı bütün dünyada və Azərbaycanda aktual olan qeyri-qanuni ticarət barədə danışıb. O, qeyd edib ki, Azərbaycanda da tütün məhsulları daxil olmaqla, qeyri-qanuni ticarət halları ilə sərt mübarizə aparılır. G.Muradlı konfrafakt və saxta tütün məhsullarına qarşı mübarizədə dövlət qurumları ilə özəl sektor arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək, JTI şirkətinə təlimin təşkil edilməsi üçün təşəkkürünü bildirib.

JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Namiq Quliyev şirkətin dünyada tütün məhsullarının qaçaqmalçılığına qarşı apardığı mübarizədən danışaraq qeyd edib ki, JTI şirkəti gələcəkdə də belə təlimlərin keçirilməsini dəstəkləmək niyyətindədir və Gömrük Komitəsinə tütün məhsullarının qeyri-qanuni ticarətinə qarşı mübarizədə kömək etdiklərinə görə şad olduğunu bildirib.

Seminar zamanı Almaniya və İsveçrədən olan mütəxəssislər dünya praktikasından misallar gətirib, beynəlxalq səviyyədə tanınmış qaçaqmalçılıq kanalları, üsulları, faktları barədə ətraflı məlumatlar verərək, bu barədə aidiyyəti təqdimatlar keçiriblər. Seminar təşkilatçıları tərəfindən saxta tütün məhsullarını müəyyən etmək məqsədilə gömrük əməkdaşlarına xüsusi ultrabənövşəyi işıqla təchiz olunmuş portativ lampalar və böyüdücü şüşələr təqdim olunub. Tədbirin sonunda iştirakçılara kontrafakt tütün məhsullarının müəyyənləşdirilməsi üzrə təlim keçdiklərinə dair sertifikatlar təqdim olunub.

JTI şirkəti gələcəkdə də DGK-nin digər sahələr üzrə əməkdaşları üçün analoji seminarlar keçirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR