Çingiz Abdullayev: "İnanıram ki, “Neftçi” mərhələ adlayacaq"

Çingiz Abdullayev: "İnanıram ki, “Neftçi” mərhələ adlayacaq"
# 22 iyun 2015 13:40 (UTC +04:00)

Bakı – APA. “Rəqib kim olursa-olsun, “Neftçi”nin hədəfi bəllidi”. Bunu apasport.az saytına “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

Avropa Liqasında Azərbaycanı təmsil edəcək “Neftçi” I təsnifat mərhələsində Monteneqro klubu “Mladost”la qarşılaşacaq.

Püşkatma barədə fikir bildirən Çingiz Abdullayev mərhələ adlayacaqlarına inandığını bildirib: “Rəqibin kimliyi barədə məlumatım oldu. İkinci bir tərəfdən rəqibin adı və hansı ölkəni təmsil etməsinin bizim üçün bir önəmi yoxdu. Mən komandama güvənirəm. İnanıram ki, “Neftçi” mərhələ adlayan tərəf olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR