ABŞ-ın Kentukki ştatında fövqəladə vəziyyət rejimi elan edilib

ABŞ-ın Kentukki ştatında fövqəladə vəziyyət rejimi elan edilib
# 05 aprel 2015 01:26 (UTC +04:00)

Bakı-APA. ABŞ-da Kentukki ştatının qubernatoru Stiv Beşir leysan yağış və daşqınlar ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində Kentukkidə iki qadın həyatını itirib.

Onlardan biri şəxsi avtomobilində, digəri isə kempinqdə boğularaq ölüb.

“Fövqəladə vəziyyət rejiminin tətbiqi təbii fəlakət zonasında polis, hərbçilər, yanğınsöndürənlər və könüllülərin iştirakı ilə xilasedici tədbirləri həyata keçirməyə imkan verəcək”, deyə S.Beşir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR