Bank Of Baku

“Parabank” son bir ildə aktivlərini 58% artırıb

“Parabank” son bir ildə aktivlərini 58% artırıb
# 24 iyul 2008 09:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 56,5 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-i ilə müqayisədə 58,2% çoxdur. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 55,6% artaraq 33,79 mln. manata, istehlak kreditlərinin həcmi isə 3,5 mln. manata çatıb.
Bankın depozit portfelinin həcmi 65,2% artaraq 30,43 mln. manat, müddətli depozitlərin həcmi isə 2,9 dəfə artaraq 29,30 mln. manat olub. «Parabank» SKB-nin bu ilin yanvar-iyun aylarında gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə artaraq 4,39 mln. manat, müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri isə 3,3 dəfə artaraq hesabat dövrünün sonuna 3,38 mln. manata çatıb.
Qeyd edə ki, bankın bu ilin iyun ayı ərzində faiz gəlirlərinin artımı 3 dəfə, qeyri-faiz gəlirlərinin artımı isə 2,9 dəfə təşkil edib. Həmçinin, fiziki şəxslərin əmanətlərin həcmi son bir ildə 2 dəfədən çox artaraq 27,3 mln. manat olub.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 8 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR