Bank Of Baku

Azərbaycanda əsas kapitala yönədilmiş xarici investisiyaların həcmi 10% artıb

Azərbaycanda əsas kapitala yönədilmiş xarici investisiyaların həcmi 10% artıb
# 24 iyul 2008 13:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda əsas kapitala yönədilmiş xarici investisiyaların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1% artıb. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin ilk altı ayı ərzində xarici mənbələrdən əsas kapitala 1 143,7 mln. manat xarici investisiya yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən 2008-ci ilin ilk yarısında əsas kapitala yönəldilmiş xarici investisiyanın 1 070,5 mln. manatı (93,6%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə və Cənubi Koreya investorlarına məxsus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR