Bank Of Baku

AYİB Azərbaycanın “MilliKart” prosessinq mərkəzində iştirak payı almaq niyyətindədir

AYİB Azərbaycanın “MilliKart” prosessinq mərkəzində iştirak payı almaq niyyətindədir
# 24 iyul 2008 15:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «MilliKart» Məhdud Məsuliyyətli Cəmiyyətində iştirak payı almaq niyyətində olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) missiyası danışıqlar aparmaq üçün Azərbaycana gəlib. Bu barədə «APA-Economics»ə AYİB-in Bakı ofisindən məlumat verilib. «Bu həftənin sonunadək Bakıda səfərdə olacaq nümayəndə heyəti «MilliKart» MMC-nin rəhbərliyi və bir sıra digər yerli bankların rəsmiləri ilə görüşlər keçirəcək», - deyə nümayəndəlikdən bildirilib.
Qeyd edək ki, AYİB «MilliKart» MMC-də 19%-lik iştirak payına sahib olmaq niyyətindədir.
Xatırladaq ki, «MilliKart» MMC 2006-cı ildə Azərbaycan Milli Bankının kart ödəmələri üzrə prosessinq mərkəzini alıb. MMC-nin əsas səhmdarları sırasına «Bank Standard», «Texnikabank», «Azerdemiryolbank», «UniBank», «AtaBank» və «Bank Respublika» daxildir. Bu bankların MMC-də ümumi payı 40% təşkil edir. Digər səhmdarlar sırasına isə «Debut Bank», «Əmrahbank», «Xalq Bank», «Kredobank», «Bank of Baku», «Rabitabank», «Parabank», «Turanbank», «Zaminbank», «Azər-Türk Bank», «Azərbaycan Sənaye Bankı» və Azərbaycan Mikromaliyyələşdirilmə Bankı daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR