Bank Of Baku

AYİB-in Azərbaycanın maliyyə sektorunda bir sıra yeni layihələr həyata keçirmək istəyir

AYİB-in Azərbaycanın maliyyə sektorunda bir sıra yeni layihələr həyata keçirmək istəyir
# 24 iyul 2008 15:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İqtisadi inkişaf naziri Heydər Babayev Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə institutları üzrə Biznes Qrupunun direktoru Kurt Qayqerlə görüşüb. İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, H. Babayev Azərbaycanda beynəlxalq maliyyə qurumları, o cümlədən AYİB-lə əlaqələrin inkişafına böyük önəm verildiyini, AYİB-lə əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu, bu əlaqələrin daha da möhkəmlənəcəyinə ümid etdiyini söyləyib.
Öz növbəsində, K. Qayqer Azərbaycanda aparılan iqtisadi islahatların və əldə olunan uğurların Bankın diqqət mərkəzində olduğunu qeyd edib və Azərbaycanda bir sıra sahələrin, eləcə də maliyyə sektorunun inkişafından məmnunluğunu bildirib. Bank rəsmisi AYİB-in Azərbaycanın maliyyə sektorunda bir sıra layihələr həyata keçirməyi planlaşdırdığını da vurğulayıb.
Qeyri-neft sektorunda bank fəaliyyətinin inkişaf etmiş sahələrdən olduğunu vurğulayan H. Babayev banklarda dövlət payının azaldılması, kadr potensialının gücləndirilməsi və digər istiqamətlərdə tədbirlər həyata keçirildiyini də diqqətə çatdırıb. «Sığorta sahəsində təkmil qanunverici baza mövcuddur və bu sahə geniş inkişaf perspektivinə malikdir. AYİB-lə əməkdaşlıq sığorta bazarının inkişafında da əhəmiyyətli ola bilər», - deyə H. Babayev bildirib.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. İndiyədək Bank tərəfindən Azərbaycanda dövlət və özəl sektorlarında həyata keçirilən layihələrə 478 mln. avro həcmində kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR