Bank Of Baku

Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı «Cash-in» ödəniş köşklərinin tətbiqinə başlayıb

Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı «Cash-in» ödəniş köşklərinin tətbiqinə başlayıb
# 25 iyul 2008 13:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) «Cash-in» ödəniş köşklərinin tətbiqinə start verib. Bu barədə «APA-Economics»ə bankın mərkəzi ofisindən bildirilib. Bu layihə yeni nəsil «Cash-in» qurğuları vasitəsilə özünəxidmət məntəqələrinin genişləndirilməsi proqramı çərçivəsində həyata keçirilir.
Hazırda «Bank of Baku» tərəfindən pilot layihə olaraq yerləşdirilmiş «Cash-in» ödəniş köşkləri əhaliyə istehlak kreditlərinin ödənilməsi sahəsində xidmət göstərir. Belə ki, «Cash-in» ödəniş köşklərinin xidmətindən bankın Atatürk prospekti, 42 ünvanında yerləşən Baş ofisində, Azərbaycan prospekti 3-də yerləşən “Mərkəz” filialında və Ağa Nemətulla küçəsi, 65 ünvanında fəaliyyət göstərən İnzibati ofisində istifadə etmək olar.
Sentyabr ayının ikinci yarısında isə bank «Cash-in» ödəniş köşklərinin paytaxt və regionlarda geniş tətbiqini və göstərilən xidmət növlərinin çeşidinin artırılmasını nəzərdə tutur. «Cash-in» ödəniş köşkləri vasitəsilə əlavə olaraq əmanət hesablarının artırılması, mobil rabitə və sığorta, həmçinin kommunal xidmətlərinin ödənilməsi mümkün olacaq.
Ödəniş köşklərinin əsas üstünlüyü, onların əhaliyə həftənin bütün günləri, 24 saat ərzində fasiləsiz olaraq bank xidmətlərinin göstərməsidir. Bu isə öz növbəsində bankın iş saatlarında banka gələ bilməyən işgüzar müştərilərinin rahatlığını təmin edəcək.
Hazırda “Bank of Baku”-nun 24 ədəd ATM-bankomatı və 257 ədəd POS terminalı fəaliyyət göstərir.
Qeyd edək ki, “Bank of Baku”-nun filial şəbəkəsi 15 filial, “Bank of Baku - Express” xidmət məntəqədən, həmçinin Sumqayıt şəhərində fəaliyyət göstərən 1 bölmədən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR