Bank Of Baku

Dünya Bankı Azərbaycanla əməkdaşlıq proqramını genişləndirmək niyyətindədir

Dünya Bankı Azərbaycanla əməkdaşlıq proqramını genişləndirmək niyyətindədir
# 25 iyul 2008 14:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Dünya Bankının (DB) Qafqaz və Orta Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru Piter Tomson Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. «APA-Economics»in məlumatına görə, P. Tomson bildirib ki, bir həftə davam edən səfər çərçivəsində Azərbaycanın hökumət təmsilçiləri ilə bir sıra görüşlər keçirib, yeni əməkdaşlıq planı ilə bağlı məsələləri müzakirə edib. O, həmçinin deyib ki, səfər çərçivəsində DB-nin iştirakı ilə Azərbaycanda həyata keçirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri” layihəsi çərçivəsində Şamaxı rayonunda görülmüş işlərin təqdimatına qatılıb, Abşeronda neftlə çirklənmiş bir neçə əraziyə baş çəkib.
P. Tomson DB ilə Azərbaycan arasında əlaqələrin getdikcə inkişaf etdiyini də diqqətə çatdırıb: «Əgər bir neçə il əvvəl Dünya Bankının Azərbaycana ayırdığı güzəştli vəsaitin həcmi 60 mln. ABŞ dolları təşkil edirdisə, son 1 il ərzində bank Azərbaycanda həyata keçiriləcək 11 layihəni təsdiq edib və onların icrasına 1,2 mlrd. dollardan artıq vəsait ayırıb». DB-nin Azərbaycana yardım göstərməkdə qərarlı olduğunu diqqətə çatdıran qonaq yaxın bir neçə il ərzində əməkdaşlıq proqramını genişləndirmək niyyətində olduqlarını da vurğulayıb.
Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR