Bank Of Baku

Dünya Bankı Hövsan qəsəbəsində su təmizləyici qurğularının təchizatı layihəsini maliyyələşdirəcək

Dünya Bankı Hövsan qəsəbəsində su təmizləyici qurğularının təchizatı layihəsini maliyyələşdirəcək
# 25 iyul 2008 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında Bakının Hövsan qəsəbəsində su təmizləyici qurğularının təchizatı məsələləri müzakirə olunub. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan DB-nin Qafqaz və Orta Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru Piter Tomson bu gün keçirdiyi mətbuat konfransında bildirib. P. Tomsonun sözlərinə görə, hazırda DB ilə «Azərsu» ASC Hövsan qəsəbəsində su təmizləyici qurğuların borularının tikilməsi və Xəzər dənizinə çıxışına dair texniki iqtisadi əsaslandırma işlərini hazırlayır: «Layihənin dəyəri texniki iqtisadi əsaslandırma hazır olandan sonra müəyyənləşəcək. Lakin onu deyə bilərəm ki, bu işlərin icrasına təxminən 800 mln. - 1 mlrd. ABŞ dollarına başa gələcək. Vəsaitin hansı hissəsinin DB tərəfindən ödəniləcəyi də hələlik məlum deyil».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR