Bank Of Baku

Dünya Bankı Azərbaycana ayıracağı əlavə maliyyə vəsaitinin həcmini artıra bilər

Dünya Bankı Azərbaycana ayıracağı əlavə maliyyə vəsaitinin həcmini artıra bilər
# 25 iyul 2008 15:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) hazırda Azərbaycanda həyata keçirilən və yeni layihələrin icrasına ayıracaq əlavə maliyyə vəsaitinin həcmini artıra bilər. «APA-Economics»in məlumatına görə, Bakıda səfərdə olan DB-nın Qafqaz və Orta Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru Piter Tomsonun sözlərinə görə, Bankın Direktorlar Şurası qərara gəlib ki Azərbaycan hökuməti üçün növbəti 2 il ərzində 1,2 mlrd. ABŞ dolları (hər il 600 mln. dollar) ayırsın: «Lakin bu, ən yüksək limit deyil. Bank ölkənin kredit qabiliyyətinin öyrənib bu limiti artıra bilər».
P. Tomson, həmçinin vurğulayıb ki, DB daha çox texniki yardımın ayrılmasına üstünlük verir.
Qeyd edək ki, 1,2 mlrd. dollar dəyəri olan hesabat DB tərəfindən 2006-cı ildə qəbul olunub və 2007-2010-cu illəri əhatə edir. Yeni sənədə Azərbaycan hökuməti üçün daha 1,2 mlrd. dolların ayrılması məsələsi daxil edilib. Strategiya və ilk 1,2 mlrd. dollar 4 il üçün nəzərdə tutulsa da, ölkədə həyata keçirilən layihələrin dəyəri sonradan artıb və strategiyanın icrasına növbəti iki ildə əlavə maliyyələşdirmənin açılması zərurəti yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR