Bank Of Baku

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru Azərbaycanın iqtisadi inkişaf naziri ilə görüşüb

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru Azərbaycanın iqtisadi inkişaf naziri ilə görüşüb
# 25 iyul 2008 15:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda səfərdə olan Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru Piter Tomsonun rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşüb. İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycan və DB arasında əlaqələrin mövcud vəziyyəti, DB-nın dəstəyi ilə həyata keçirilən layihələrin icrası və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər barədə danışan P. Tomson görüşlərin əsas məqsədinin DB ilə Azərbaycan arasında gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi olduğunu deyib. Bank rəsmisi qeyd edib ki, DB Dəniz Limanının Bakı şəhərindən köçürülməsi, metro sisteminin təkmilləşdirilməsi, infrastrukturun yaxşılaşdırılması sahəsində də Azərbaycanla əməkdaşlığa hazırdır.
P. Tomson Bakı şəhərində bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi, eləcə də həyata keçirilən digər iri layihələrin icra vəziyyəti ilə maraqlandığını da diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR