Bank Of Baku

Dünya Bankı Azərbaycanda monolit-beton yollarının çəkilməsi layihəsində iştirak təklifini qəbul etməyib

Dünya Bankı Azərbaycanda monolit-beton yollarının çəkilməsi layihəsində iştirak təklifini qəbul etməyib
# 25 iyul 2008 16:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan və Dünya Bankı (DB) arasında ölkədə asfalt və monolit-beton avtomobil yollarının çəkilməsinə dair müzakirələr aparılıb. «APA-Economics»in məlumatına görə, Bakıda səfərdə olan DB-nin Qafqaz və Orta Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru Piter Tomson bildirib ki, bank Azərbaycanda monolit-beton yollarının çəkilməsində iştirak təklifini qəbul etməyib: «Azərbaycan Nəqliyyat Nazirliyi bizə zəmanət verdi ki, Dünya Bankının iştirak etdiyi avtomobil yolları layihələrində yalnız asfalt yollar çəkiləcək. Texniki cəhətdən asfalt və beton yollar arasında o qədər də böyük fərq olmasa da, Azərbaycanda topoqrafik vəziyyətdən asılı olaraq bir çox yollar məhz asfaltla örtülməlidir. Bundan başqa, monolit-beton yollar baha başa gəldiyindən Dünya Bankı bu layihələrdə iştirakı məqbul saymır”. P. Tomsonun sözlərinə görə, monolit-beton yollarının çəkilməsi üçün Azərbaycan sement idxal etməli olacaq.
«Azərbaycanda hazırda bitum istehsal olunur ki, bunun da hesabına ildə 600 km ikitərəfli yol çəkilməsi mümkündür. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bitumun istehsal gücünün artırılması üçün mövcud variantları araşdırır», - deyə P. Tomson qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR