Bank Of Baku

«YapıKredi Bank» nizamnamə kapitalını 2 dəfə artırır

«YapıKredi Bank» nizamnamə kapitalını 2 dəfə artırır
# 23 sentyabr 2008 12:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «YapıKredi Bank Azerbaijan» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,02 manat, sayı 317,45 mln. ədəd, emissiyanın ümumi həcmi isə 6,349 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsilə yerləşdirilməsi planlaşdırılır.
Birja mütəxəssislərinin fikrincə, «YapıKredi Bank Azerbaijan»ın səhmlərinin yerləşdirilməsinə artıq oktyabr ayında başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 2 dəfə artaraq 12,698 mln. manata çatacaq.
Qeyd edək ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» SKB Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 82,973 mln. manat, kredit portfeli 23,618 mln. manat, depozit portfeli 54,743 mln. manat, məcmu kapitalı 15,359 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,349 mln. manat təşkil edib. Bankın respublika üzrə 2 filialı, 12 bankomatı və 38 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR