Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr seçilib

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr seçilib
# 23 sentyabr 2008 13:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının (ASA) iclası keçirilib. Qapalı keçirilən toplantıda müzakirə olunan əsas məsələlərdən biri Şuraya yeni sədrin seçilməsi ilə bağlı olub.
«APA-Economics»in məlumatına görə, iclasda ASA-nın Müşahidə Şurasının üzvü Cəmil Məlikov açıq səsvermə yolu ilə qurumun yeni sədri, «Atəşgah Sığorta» şirkəti İdarə Heyətinin sədri Azər Əliyev isə sədr müavini seçilib. C.Məlikovdan əvvəl bu vəzifəni «Standard İnsurance» sığorta şirkəti İdarə Heyətinin sədri Kamal İbrahimov icra edib.
K.İbrahimovun sözlərinə görə, ASA-nın bugünkü iclasında həmçinin Şuranın 2009-cu il üçün iş planı və digər təşkilati məsələlər müzakirə edilib.
Qeyd edək ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda «Günay-Anadolu» sığorta şirkətindən başqa ölkədəki digər 27 sığorta təşkilatı qurumun üzvüdür. Sığorta təşkilatların ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR