Bank Of Baku

Azərbaycanda çalışan işçilərin orta aylıq əmək haqqı 23% artıb

Azərbaycanda çalışan işçilərin orta aylıq əmək haqqı 23% artıb
# 24 sentyabr 2008 08:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,4% artaraq 255,3 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, daha yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində, tikintidə müşahidə olunub.
Bu ilin yanvar-iyul aylarında müəssisə və təşkilatlarda işçilərə 8,2 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib. Ödəmələrin əsas hissəsini mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi, emal sənayesi, nəqliyyat, anbar təsərrüfatı və rabitə sahəsində çalışan işçilər alıb.
Müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 124,2 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 235,7 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR