Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkəti nizamnamə kapitalını 50% artıracaq

«Azərbaycan Sənaye Sığorta» şirkəti nizamnamə kapitalını 50% artıracaq
# 24 sentyabr 2008 08:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkəti 2009-cu ilin yanvar ayında nizamnamə kapitalını 50% artıraraq 1,5 mln. manata çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş direktoru Rəşad Əhmədov bildirib.
R.Əhmədovun sözlərinə görə, nizamnamə kapitalı şirkətin 2008-ci il ərzində əldə etdiyi mənfəət hesabına artırılacaq. Hazırda isə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edir.
Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR