Bank Of Baku

Kamal İbrahimov: «Azərbaycanda sığortaçılar üçün investisiya alətləri kifayət deyil»

Kamal İbrahimov: «Azərbaycanda sığortaçılar üçün investisiya alətləri kifayət deyil»
# 24 sentyabr 2008 09:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığortaçılar üçün mövcud investisiya yatırmaq istiqamətləri yetərli deyil. Bunu «APA-Economics»ə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Müşahidə Şurasının sədri Kamal İbrahimov bildirib: «Düzdür, hazırda bazarda investisiyanın yatırılması üçün maliyyə alətləri var, lakin çox deyil».
K.İbrahimov vurğulayıb ki, sığorta şirkətlərinin investisiya fəaliyyəti əsasən bank depozitləri, dövlət qiymətli kağızları, əmlaka sərmayə yatırımları ilə məhdudlaşır. Sığorta şirkətlərinin aktivlərinin əsas hissəsi (I yarımillikdə - 88 mln. manat və ya 39,4%-i) depozit şəklində banklara yatırılıb.
Sığortaçıların maliyyə alətlərinə yatırdığı investisiyaların ümumi strukturu aşağıdakı kimidir:




Qeyd edək ki, yuxarıda sadalan investisiya istiqamətlərindən başqa sığorta resursları üçün investisiya aləti kimi korporativ qiymətli kağızlar, investisiya fondları, törəmə qiymətli kağızları və s. çıxış edə bilər. Sığortaçıların investisiya fəaliyyətinin və nəticədə birbaşa sığorta haqları ilə bağlı olmayan gəlirlərin genişlənməsi üçün investisiya alətlərinin çoxalmasından əlavə sığorta şirkətlərinin uzunmüddətli maliyyə resurslarının mövcudluğu da vacib amildir. Bu cür resursları isə əsasən sığortanın yığım növlərindən (həyat sığortası və könüllü pensiya sığortası) əldə etmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR