Bank Of Baku

«Bank of Azerbaijan» oktyabrda «MasterCard» sisteminə qoşulacaq

«Bank of Azerbaijan» oktyabrda «MasterCard» sisteminə qoşulacaq
# 24 sentyabr 2008 13:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin oktyabr ayında «MasterCard» beynəlxalq ödəniş sisteminə assosiativ üzv olacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Müslüm Mürsəlov bildirib.
M.Mürsəlovun sözlərinə görə, hazırda bu prosesin başa çatması üçün son danışıqlar aparılır. Növbəti ayın ilk həftəsində danışıqların başa çatacağı gözlənilir.
Qeyd edək ki, bank bu beynəlxalq sistemə aid olan «Electron», «Classic» və «Gold» plastik kartlarının emissiyasını planlaşdırır.
Qeyd edək ki, «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 105,109 mln. manat, kredit portfeli 89,130 mln. manat, depozit portfeli 45 mln. manat, məcmu kapitalı 15,915 mln. manat, o cümlədən, nizamnamə kapitalı 10 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 18 filialı fəaliyyət göstərir ki, bunun da 5-i regionda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR